Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, Elmi Hövzələrin rektoru Ayətullah Ərafinin region ölkələrinin məhkəmələri tərəfindən xalqa, gənclərə və din alimlərinə qarşı çıxarılan zalım və amansız hökmləri, xüsusilə də Küveyt hakimiyyətinin, Höccətül-islam vəl-müslimin Şeyx Hüseyn əl-Mətuq barəsində çıxardığı ədalətsiz edam hökmünü pisləyən bəyanatının mətni aşağıdakı kimidir:
Bağışlayan və mehriban Allahın adı ilə
مِنْ أَجْلِ ذَٰلِكَ كَتَبْنَا عَلَىٰ بَنِي إِسْرَائِيلَ أَنَّهُ مَنْ قَتَلَ نَفْسًا بِغَيْرِ نَفْسٍ أَوْ فَسَادٍ فِي الْأَرْضِ فَكَأَنَّمَا قَتَلَ النَّاسَ جَمِيعًا وَمَنْ أَحْيَاهَا فَكَأَنَّمَا أَحْيَا النَّاسَ جَمِيعًا ۚ وَلَقَدْ جَاءَتْهُمْ رُسُلُنَا بِالْبَيِّنَاتِ ثُمَّ إِنَّ كَثِيرًا مِنْهُمْ بَعْدَ ذَٰلِكَ فِي الْأَرْضِ لَمُسْرِفُونَ
Buna görə də İsrail oğullarına belə yazdıq (hökm verdik): “Kim bir cana qıymamış, yaxud yer üzündə fitnə-fəsad törətməmiş bir kimsəni öldürərsə, bütün insanları öldürmüş kimi olar. Kim də onu dirildərsə (ölümdən xilas edərsə), bütün insanları diriltmiş (xilas etmiş) kimi olar. Elçilərimiz onlara açıq-aydın dəlillər (möcüzələr) gətirmişdilər. Ancaq onlardan bir çoxu bundan sonra da yer üzündə həddi aşmaqdadır. (Həqiqətən də tarix boyu İsrail oğulları dünyada müharibələr, çevrilişlər, müxtəlif cür hiylələr və fitnə-fəsadların səbəbkarları olmuş, yaxud bu kimi hadisələrdə mühüm rol oynamışlar.)
Maidə surəsi, 32-ci ayə
İslam dünyasının, xüsusilə də ABŞ-in hegemonluq siyasəti yürüdən rejimi və sionist rejim başda olmaqla, İslam düşmənlərinin genişmiqyaslı və mütəşəkkil fitnələri ilə üzləşdiyi bir şəraitdə region ölkələrinin məhkəmələri tərəfindən xalqa, gənclərə və möhtərəm din alimlərinə qarşı çıxarılan zalım və amansız hökmlər barədə xəbərlərin yayılması, xüsusilə də Küveyt hakimiyyətinin Höccətül-İslam vəl-müslimin Hacı Şeyx Hüseyn əl-Mətuk barəsində çıxardığı ədalətsiz edam hökmü İslam dünyasında dərin hüzn və narahatlıq doğurmuş, müsəlmanların qəlbini qan etmiş, İslam ümməti, eləcə də İranın və dünyanın elmi mərkəzləri ilə elmi hövzələrində geniş etiraz və kədərə səbəb olmuşdur.
Hüquq və insanlıq meyarlaraına, habelə din alimlərinin yüksək məqamına açıq-aşkar etinasızlıq şəraitində həyata keçirilən bu addım adi məhkəmə qərarı çərçivəsini aşaraq, müsəlmanların din və hüquqlarına qarşı yönəlmiş bir hücum, İslam alimlərinin nüfuzunu və ləyaqətini zəiflətməyə hesablanmış açıq-aşkar cəhd mahiyyəti daşıyır.
Mən Qurani-Kərimin bu müqəddəs ayəsinə — Kim bir cana qıymamış, yaxud yer üzündə fitnə-fəsad törətməmiş bir kimsəni öldürərsə, bütün insanları öldürmüş kimi olar.... — istinad edərək, uca Allahın bu əzəmətli kəlamının kölgəsində və birlik bayrağı ətrafında birləşən möminlərin bir-birinə qardaş olduğunu xatırladır, onlara qarşı zülm etməyin bağışlanmaz günah olduğunu, onların toxunulmazlığına, hörmət və ləyaqətinə riayət edilməsinin vacibliyini vurğulayıram. Bu əsasdan çıxış edərək, elmi hövzələr, böyük təqlid mərcələri, dəyərli müəllimlər və onlara bağlı qurumlar adından bu zalım davranışı və çıxarılmış qanunsuz hökmü qətiyyətlə pisləyir və bununla yanaşı bəyan edirəm ki, Küveyt dövləti və məsul vəzifəli şəxslər İslam qardaşlığı prinsipini əsas tutaraq, sözügedən hökmə təxirəsalınmadan yenidən baxmalı, əziz müsəlman xalqının, xüsusilə də Küveyt şiələrinin fundamental hüquqlarına riayət etməli, görkəmli şəxsiyyətlərin elmi və dini məqamına ehtiram göstərməli, bu faciənin baş verməsinə və ədalətin pozulmasına yol verilməsinin qarşısını almalıdırlar.
Xüsusi olaraq qeyd edilməlidir ki, böyük din alimlərinə və dini şəxsiyyətlərə qarşı ayrı-seçkilik xarakterli hər hansı münasibət yalnız onların fərdi və ictimai hüquqlarının pozulması ilə nəticələnmir, eyni zamanda İslam ölkələri arasında parçalanma və ixtilafın yaranmasına da zəmin hazırlaya bilər. Bu isə məhz İslam düşmənlərinin həyata keçirməyə çalışdıqları məqsədlərdən biridir. Buna görə də bütün İslam dövlətləri və xalqları belə halların qarşısının alınması üçün ayıq-sayıq olmalı və bu cür hallara yol verilməsindən çəkinməlidirlər.
Uca Allahdan İslam dövlətlərinin oyanışını, İslam ümmətinin ABŞ və sionist rejimə qarşı qələbəsini diləyirəm.
Elmi Hövzələrin rektoru
Ayətullah Əlirza Ərafi
Rəyiniz